Ru
23:51 / 21 Sentyabr 2022

Türkiyə XİN Rusiyanın Ukrayna ərazisində "referendum" cəhdini pisləyib

920
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində "referendum"un keçirilməsi cəhdlərini pisləyən bəyanat yayıb.



Bakupost.az -ın məlumatına görə bəyanatda bildirilib ki, Türkiyə, Ukraynanın Rusiya nəzarətində olan ərazilərində "referendum"un keçirilməsi cəhdlərindən narahatdır:



"Belə qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq. Əksinə, diplomatik prosesin canlandırılması səyləri çətinləşdirəcək və qeyri-sabitliyi dərinləşdirəcək. Fürsətdən istifadə edərək, 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra vurğuladığımız Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə dəstəyimizi bir daha bildirir və davam edən müharibənin dinc yolla həllinə hər cür lazımi töhfə verməyə hazır olduğumuzu bir daha bildiririk" - bəyanatda qeyd olunub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər