Ru
22:42 / 25 Yanvar 2022

Türkiyədə 3 azərbaycanlı qadın saxlanıldı

1744
Türkiyənin Konya şəhərində fahişəliyə qarşı keçirilən əməliyyat nəticəsində üç azərbaycanlı qadın saxlanılıb.

Bakupost.az istinadən xəbər verir ki, polisin təşkil etdiyi əməliyyatda azərbaycanlı qadınları fahişəliyə cəlb edən iki nəfər də saxlanılıb.

Polis bu gün səhər saatlarında müəyyən edilmiş ünvanlarda əməliyyat keçirərək A.C., M.B., R.J., H.T. və A.G.-ni saxlayıb.

Polisin məlumatına görə, A.C. və M.B. Azərbaycan vətəndaşları R.J., H.T. və A.G.-ni pul müqabilində kişilərlə cinsi əlaqədə olmağa məcbur ediblər.

Şübhəlilər R.J., H.T. və A.G. polis bölməsindəki prosedurlardan sonra deportasiya olunmaları üçün Miqrasiya İdarəsinə təhvil veriləcək.

A.C. və M.B. isə insan alveri, fahişəlik, fahişəlik üçün yer təmin etmə və vasitəçilik maddəsi ilə məhkəməyə çıxarılacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər