Ru
10:12 / 06 Fevral 2023

Türkiyədə deputatın ailəsi dağıntılar altında qaldı - VİDEO

3064
Türkiyədə baş verən zəlzələ nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi də dağıntılar altında qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə deputatın özü məlumat verib:

"İki qardaşım, bacım və onların həyat yoldaşları, uşaqları dağıntıların altındadır".

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər