Ru
14:25 / 14 Yanvar 2022

Türkiyədə əcnəbilər ödənişli peyvənd olunacaq

360
Türkiyə hökuməti 2022-ci ildə əcnəbi vətəndaşların ödənişli əsasda ölkədə mövcud preparatlarla peyvənd olunmasına icazə verib.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

"2022-ci ildən etibarən Türkiyədə daimi yaşamayan əcnəbi vətəndaşlar mövcud vaksinlərlə peyvənd olunmaq hüququ əldə edib. Bu, Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan "CoronaVac", "Pfizer/BioNTech" şirkətlərinin vaksini və ya yerli "Turkovac" vaksini ola bilər. Əcnəbi vətəndaşlar tibb müəssisəsinə müraciət edərkən vaksinin özü üçün yox, prosedurun həyata keçirilməsi üçün ödəniş edəcək", - deyə nazirliyin məlumatında bildirilir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər