Ru
10:21 / 17 Mart 2023

Türkiyədə güclü sel nəticəsində ölənlərin sayı 17-yə çatdı

1901
Türkiyədə baş verən güclü selin fəsadları davam edir.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Adıyamanın Tut rayonunda iki nəfərin meyiti tapılıb.

Ümumilikdə, Adıyaman və Şanlıurfada seldə ölənlərin sayı 17-yə çatıb.


Qeyd edək ki, yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi və Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir. Yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olmaları barədə insanlara xəbərdarlıq edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər