Ru
13:24 / 23 Noyabr 2022

Türkiyədə zəlzələdə yaralananların sayı 68-ə çatdı - Yenilənib-FOTO

9853
Türkiyənin Düzce rayonunda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahreddin Koca məlumat verib.


Nazir qeyd edib ki, xəsarət alanların sayı 68-ə çatıb, onlardan birinin vəziyyəti ağırdır.


***
09:55


Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

Bakupost.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.



***
07:55

Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ baş verib.


Bakupost.az xəbər verir ki, hadisə nəticəsində 22 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir. Düzceyə lazımi sayda təcili yardım və mütəxəssis göndərilib”, - Fahrettin Koca sosial şəbəkə hesabında yazıb.

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur. Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.


Qeyd edək ki, təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb.

Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.






Şərhlər
  • Ferid

    Bunlar kim diki bulardanda yaxşı pisxoluqlar var Nizami Orucov bularin hamısından yaxşıdır

  • Ramin

    Allah komek olsun Turk xalqina, bu cetinliklerde kececek.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər