Türkiyədə aylardır hamilə olduğu deyən, videolar çəkərək sosial mediada paylaşan transgender Mükremin Gezgin müzakirələr yaradıb.
Bakupost.az xəbər verir ki, sosial mediada 9 aylıq hamilə olduğunu iddia edərək böyük izləyici kütləsinə çatan Gezginin TikTok-da paylaşdığı doğum videosu böyük reaksiyalara səbəb olub.
Müzakirələrdən sonra onun haqqında istintaq başladılıb.
TikTok hesabı bağlanan Mükremin Gezgin İnstaqram hesabından verdiyi açıqlamada özünü müdafiə edib:
"Mənim necə biri olduğum sizi nə maraqlandırır? Bu qədər qadın, uşaq cinayətləri olur... Onlara səsiniz çıxmır, mənə mi gücünüz çatır? Məni sevən bu halımla da sevir, hörmət göstərir. Sizin hörmətiniz sizin qədərdir. Bunu etməyin, artıq dayana bilmirəm...”.
Qeyd edək ki, bir çox məşhurlar Mükremin Gezgini tənqid atəşinə tutub.