Türkiyənin Muğlanın Marmaris rayonunda çərşənbə axşamı axşam saatlarında başlayan yanğın hələ də davam edir.
Bakupost.az xəbər verir ki, 4 gün əvvəl başlayan yanğın səbəbilə Datça-Marmaris yolu bağlanıb.
Yanğından çıxan duman və küllər Marmarisin mərkəzinə çatıb.
Muğla Meşə Region Müdirliyindən verilən məlumata görə, bu sabah yanğını söndürmək üçün 38 helikopter və 15 təyyarə hərəkətə keçib.
15 təyyarənin 13-ü “Air Tractor”dur.
Yanğını söndürmək üçün Azərbaycandan da 1 “Beriev be 200” amfibiya tipli yanğın söndürmə təyyarəsi göndərilib.
Aynur
BakuPost