Ru
17:56 / 12 Aprel 2022

Türkmənistanda botoks qadağan olundu

11376

Türkmənistanda botoks qadağan olunub.


Bakupost.az xəbər verir ki, Türkmənistan polisi gözəllik salonlarına gedərək, qadınlara botoks və dodaq döyməsi xidmətlərinin qadağan edildiyini bildirirlər.


“Polisin xəbərdarlığına əsasən botoks tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsinə qadağa qoyulub”, - deyə gözəllik salonlarından birinin əməkdaşı bildirib.


Qadağanı pozan salonlar və ustalar 500 -1000 türkmən manatı (təxminən 290-580 Azərbaycan manatı) cərimə və ya 15 sutka həbs ediləcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər