Ru
15:25 / 21 Sentyabr 2022

"Uğursuzluq, zəiflik, iflas..." - Putinin səfərbərlik elanına dünyadan reaksiyalar

2117
Rusiya Prezidenti Vladimir Putinin qismən hərbi səfərbərlik qərarı bəzi ölkələr tərəfindən sərt reaksiya ilə qarşılanıb.


Bakupost.az xəbər verir ki, Ukrayna, Almaniya, Böyük Britaniya, Hollandiya və ABŞ rəsmilərinin verdiyi açıqlamalarda Rusiyanın qismən səfərbərlik elan etməsi “uğursuzluq”, “zəiflik” və “çaxnaşma əlaməti” kimi qiymətləndirilib.


Ukrayna Prezidenti Aparatının müşaviri Mixail Podolyak Tvitter hesabında Ukraynanı məhv etmək istəyən rusların səfərbərliyə, sərhədlərin bağlanmasına və bank hesablarının bloklanmasına nail olduqlarını yazıb:



"Üç günlük" müharibənin 210-cu günüdür. Ukraynanı məhv etmək istəyən ruslar nəhayət, bunlara nail oldular: 1.Səfərbərlik. 2. Sərhədlər və bank hesabları bağlandı. 3.Qaçaqların həbsi. 4. Özəl hərbi şirkətlər daxilində məhbuslardan ibarət korpuslar. Hələ də plana uyğun gedir, elə deyilmi? Həyatın möhtəşəm yumor hissi var"


Böyük Britaniyanın müdafiə naziri Ben Uolles isə bildirib ki, səfərbərlik elanı Rusiya Prezidenti Vladimir Putinin planının iflasa uğradığını etiraf etməsidir”.



Putin və Rusiyanın müdafiə naziri Sergey Şoyqunun lazımi hərbi texnika olmadan on minlərlə vətəndaşını ölümə göndərdiklərini vurğulayan Uolles deyib: “Heç bir təhdid və təbliğat Ukraynanın bu müharibədə qalib gəldiyini, beynəlxalq ictimaiyyətin birləşdiyini gizləyə bilməz”.


ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink də oxşar bəyanatla çıxış edərək, “Referendum və səfərbərlik zəiflik əlamətidir” deyib.




Brink onu da vurğulayıb ki, ABŞ heç vaxt Rusiyanın Ukraynaya ərazi iddialarını tanımayacaq.


Hollandiyanın baş naziri Mark Rutte bildirib ki, qismən səfərbərlik elan edilməsi Putinin panikasının göstəricisidir.



Almaniya kansleri Olaf Şolzun sözçüsü bildirib ki, Rusiyanın qismən hərbi səfərbər olması Moskvanın Ukraynadakı hücumlarının uğursuzluğunu nümayiş etdirir. Sözçü Almaniyanın Ukraynada Rusiyanın işğalı altında olan 4 bölgədə keçiriləcək referendumları heç vaxt tanımayacağını açıqlayıb.





Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə hərbi səfərbərlik elan edib.


Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər