Ukrayna “Avroviziya 2023” mahnı müsabiqəsinə ev sahibliyi edə bilməyəcək.
Bakupost.az xəbər verir ki, Avropa Yayım Birliyi (AYB) Ukraynadakı mövcud vəziyyətlə əlaqədar olaraq, "Avroviziya 2023" mahnı müsabiqəsinin Ukraynada keçirilməyəcəyini açıqlayıb.
Bildirilib ki, "Avroviziya 2023"ə bu il müsabiqədə 2-ci yeri tutan İngiltərə ev sahibliyi edəcək.
Qeyd edək ki, "Avroviziya"nın builki qalibi “Kalush” orkestrı Ukrayna ordusuna dəstək üçün Avroviziya kubokunu Feysbukda təşkil olunan hərracda 900 min dollar satıb.
Aynur
BakuPost