Danışıqlar masasına əyləşməyənə qədər Ukrayna ilə Rusiya Federasiyası arasında sülh olmayacaq.
Bakupost.az Neue Zürcher Zeitungp-ə istinadən xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqyatsio Kassi deyib.
Siyasətçi İsveçrə mediasına müsahibəsində Rusiyanın növbəti danışıqlarda Kiyevlə dialoqa qatılması üçün Qərbin “israr etməsini” tövsiyə edib.
Onun fikrincə, Ukrayna diplomatiyaya əsaslı hazırlığını nümayiş etdirməyincə, münaqişədən diplomatik çıxış yolu olmayacaq. Kassis yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olmasını real hesab edir. O, bunun ilkin şərtini münaqişə tərəfləri arasında silah çatışmazlığında görür.
"O, konkret olaraq Ukraynanı nəzərdə tutduğunu demədi. Lakin hərbi əməliyyatların Rusiyanın xeyrinə getdiyini nəzərə alsaq, onun nə demək istədiyi aydındır", - deyə qəzet yazıb.
Kassisin sözlərinə görə, tərəflər son günlər yalnız “hər hansı danışıqlar üçün daha yaxşı başlanğıc mövqeyi təmin etmək naminə döyüş meydanında faktlar yaratmağa” çalışırlar.
İsveçrəli siyasətçi israr edir ki, Bern hələ də Rusiya və Ukrayna arasında danışıqlarda effektiv vasitəçi kimi çıxış edə bilər. Kassisə görə, Bürgenstok konfransı “sülhə doğru ara addım” idi.
Jurnalistlərin Moskvanın artıq İsveçrəni neytral hesab etməməsi ilə bağlı iradına gəlincə, Kassis deyib ki, bu cür bəyanatlar sadəcə olaraq, “hərbi ritorika”dır. O vurğulayıb ki, “diplomatik dairələrdə onun rusiyalı həmkarı ilə yaxşı şəxsi münasibətləri olduğunu təsdiq edəcəklər”.
Kassis əmindir ki, Sergey Lavrov onunj simasında “Qərblə etibarlı danışıqlar tərəfdaşı” görür və Bern hələ də “hamı ilə danışmaqdan qorxmamalıdır".
Zaur
BakuPost