Ru
19:25 / 16 Sentyabr 2022

Ukrayna səfiri UABD sədrinə təşəkkürnamə təqdim etdi - FOTO

857

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad arasında görüş keçirilib.



H.Cavadın Bakupost.az -a verdiyi məlumata görə, görüş zamanı Ukraynanın mənafeyini qorumaq, humanitar yardım göstərmək istiqamətində UABD tərəfindən həyata keçirilən layihələrlə bağlı məsələlər müzakirə olunub.



“Ukraynanın müharibədən zərər şəkmiş, məhrumiyyətlərə düçar olmuş əhalisinə, habelə Ukrayna ordusuna UABD tərəfindən göstərilən maddi yardımlar barədə səfirə ətraflı məlumat verdim. Həmçinin müharibədən sonrakı dövrdə Ukraynanın bərpasına azərbaycanlı iş adamlarının sərmayələrinin də cəlb edilməsinə dair fikirlərimizə bölüşdük.



UABD-nin fəaliyyətini yüksək qiymətləndirən cənab səfir Ukraynanın bu çətin günlərində göstərdiyimiz dəstəyə görə mənə təşəkkürnamə təqdim etdi. Bu təşəkkürnaməni özüm üçün böyük iftixar və rəhbərlik etdiyim UABD komandasının hər bir üzvünün fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edirəm. Öz ölkəmizə, xalqımıza əlimizdən gələn hər cür köməyi göstərməyə çalışarkən bunu təmənnasız, hər hansı təşəkkür ummadan edir, Ukrayna vətəndaşı olaraq müqəddəs borcumuz bilirik. Ölkəmizi və xalqımızı müdafiə edərək Ukrayna ordusunun qələbələrinə sevinir, işğal olunmuş torpaqların tezliklə azad ediləcəyinə inanırıq”, – deyə UABD rəhbəri vurğulayıb.

Ukrayna səfiri UABD sədrinə təşəkkürnamə təqdim etdi - FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər