Ru
17:49 / 24 Noyabr 2022

Ukraynada 54 ölkədən muzdlular döyüşür - İDDİA

1375
Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna tərəfində 54 ölkədən olan muzdluların döyüşdüyünü bəyan edib.

Bakupost.az xəbər verir ki, rusiyalı müstəntiqlər muzdluların seçilməsinə Ukraynanın xarici səfirlikləri, müxtəlif xarici qurumlar və ictimai təşkilatların əməkdaşlarının cəlb olunduğunu bildirib.

Muzdluların çoxunun Yaxın Şərqdəki münaqişələrdə döyüş təcrübəsinin olduğu qeyd olunub:

"Onların bir qismi 2014-cü ildən bəri Donbasdakı silahlı münaqişədə iştirak edib, bir çoxunun Yaxın Şərq ölkələrindəki münaqişələrdə döyüş təcrübəsi qazanıb”.

Məlumatda 54 ölkədən 1000-ə yaxın muzdlunun Ukraynada döyüşdüyü bildirilib.

Ukraynanı muzdlularla təmin etmək məsələsində ABŞ, Böyük Britaniya, Kanada, İsrail, Fransa, İsveç, Gürcüstan, Finlandiya, Polşa və Litvanın fəal olduğu qeyd edilib.

Aynur,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər