Ru
16:12 / 26 Yanvar 2023

Ukraynada enerji obyekti vuruldu: 3 ölü, 7 yaralı - FOTO

2287
Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərində enerji obyektinə endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub.

Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye prokurorluğu məlumat yayıb.

Hadisə nəticəsində daha 7 nəfər xəsarət alıb. Əvvəlcə ruslar 03:40 (Bakı vaxtı ilə 05.40) radələrində elektrik obyektinə zərbə endirib. Nəticədə insanlar ölüb, texniki avadanlıqlar sıradan çıxıb və müəssisənin ərazisində yanğın baş verib", - deyə məlumatda bildirilir.

Prokurorluqdan həmçinin bildiriblər ki, daha sonra səhər saat 10:00-da (Bakı vaxtı ilə 12.00) ərazidə axtarış-xilasetmə əməliyyatı aparılarkən, ruslar yenidən zərbə endiriblər. Lakin bu dəfə itki olmayıb.



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər