Ru
14:01 / 04 Mart 2022

Ukraynada iki hekayə: həyat ve ölüm eyni şəhərdə - FOTO

72746

Ukraynada iki hekayə, iki foto! Həyat və ölüm eyni şəhərdə!



Ukraynanın Mariupol şəhərində çəkilən iki foto sosial şəbəkələrdə ən çox paylaşılan şəkillərdən olub.


Bakupost.az xəbər verir ki, ağrı, kədər, ölüm və göz yaşının hökm sürdüyü Ukraynada əhali çətin günlər yaşayır.


Ölkənin bir çox şəhərləri Rusiya tərəfindən bombardman edilərkən, bölgədən çəkilən kadrlar insanların çarəsizliyini, kədərini, ümidsizliyini əks etdirib:


Yer: Mariupol, Ukraynanın liman şəhəri…




(Foto: Evgeniy Maloletka)

Görüntülərdə bir tərəfdə yeni doğulmuş körpəsini öpən ana, digər tərəfdə isə ölən oğlunu qucaqlayıb öpən atanın göz yaşlarına boğulması əks olunub.



(Foto: Evgeniy Maloletka )


Qeyd edək ki, hücumlar nəticəsində həlak olan dinc əhalinin dəqiq sayı məlum deyil. Bununla belə, bölgədə yüzlərlə insanın öldüyü ehtimal edilir.



Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər