Ru
11:21 / 18 İyun 2022

Ukraynada müharibədə 323 uşaq ölüb

990
Ukraynada 906 uşaq Rusiyanın silahlı təcavüzünün qurbanına çevrilib.


Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.


Qeyd olunub ki, fevralın 24-dən iyunun 18-dək 323 uşaq qətlə yetirilib, 583 uşaq yaralanıb.


Əlavə olunub ki, bu, yekun göstərici deyil və döyüşlərin davam etdiyi, müvəqqəti işğalda olan və azad edilmiş ərazilərdə araşdırmalar davam etdirilir.


Ən çox itkilər Donetsk (301), Xarkov (170), Kiyev (116), Çerniqov (68), Luqansk (54) və Xerson (52) regionlarında qeydə alınıb.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər