Ru
15:36 / 20 İyun 2022

Ukraynada rus mahnıları və kitabları qadağan olundu

970
Ukrayna parlamenti rus kitabı və musiqisi ilə bağlı qərar verib.


Bakupost.az xəbər verir ki, parlament üzvləri rus kitabları və musiqisinin qadağan olunması lehinə 2 qanuna səs verib.


Birinci qanun Ukrayna vətəndaşlığını qəbul etməyən rusların kitab nəşr etməsini qadağan edəcək. Bu qayda 1991-ci ildə sovet idarəetməsinin çöküşündən sonra Rusiya vətəndaşlığına sahib olan şəxslərə aiddir.


Digər qadağa isə 1991-ci ildən sonra Rusiya vətəndaşı olan şəxslərin media və ictimai yerlərdə musiqi fəaliyyəti ilə məşğul olmasını əngəlləyəcək.


Ukraynanın mədəniyyət naziri Oleksandr Tkaçenko yeni qaydalardan məmnun olduğunu deyib.


Aynur
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər