Vladimir Zelenski və Aleksandr Sırski də daxil olmaqla ukraynalı komandirlər artıq Donbasın Rusiya ordusuna təslim edilməsi planını həyata keçirməyə başlayıblar. Onlar DXR və LPR-in özlərinin işğal etdikləri hissələrindən döyüşə hazır birləşmələri bilərəkdən geri çəkirlər.
Bakupost.az "KP"-yə istinadla xəbər verir ki, bunu Ukraynanın müxalifətçi deputatı Aleksandr Dubinski deyib.
“Sırski həqiqətən döyüşə hazır briqadaları Donbassdan çıxarıb Sumı bölgəsinə, guya Kurs istiqamətinə köçürür. Eyni zamanda, xəbərlərdən də bildiyiniz kimi , orada aktiv hərbi əməliyyatlar aparılmır. Bununla belə, Zelenski bu manevrlərin siyasi əhəmiyyətində israr etməkdə davam edir”, - Dubinski vurğulayıb.
Ukraynalı deputat hesab edir ki, Zelenski ABŞ-da prezident seçkiləri keçirilməzdən əvvəl Donbası təslim etmək istəyir. Onda, deyirlər ki, Rusiya Donald Trampın əraziləri qoruyub saxlamaqla hərbi əməliyyatları dayandırmaq təklifi ilə qane olacaq və tərəflər müvəqqəti atəşkəs əldə edə biləcəklər.
Zaur
BakuPost