Ru
16:04 / 01 Avqust 2024

Ukraynanın aldığı F-16-ların sayı açıqlandı

Ukraynanın aldığı F-16-ların sayı açıqlandı
2190

Ukraynanın Qərb ölkələrindən aldığı F-16 qırıcılarının ilk partiyasına altı təyyarə daxildir və onlar Hollandiya tərəfindən təhvil verilib.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, yaxın vaxtlarda Danimarkadan da Ukraynaya təyyarələr göndəriləcək. Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi isə məsələyə münasibət bildirməkdən imtina edib. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak da məlumatı təsdiqləməyib.

Bildirilir ki, ölkəyə gətirilən F-16-lar döyüş tapşırıqlarını yerinə yetirib və hava hücumundan müdafiə üçün istifadə olunublar.

Kiyevin il ərzində Belçika və Norveç də daxil olmaqla bir sıra ölkələrdən 20-yə yaxın təyyarə alacağı gözlənilir. Ümumilikdə isə dörd ölkə Ukraynaya 80-ə yaxın döyüş təyyarəsi vəd edib, lakin onların bir çoxunun satışının ehtiyat hissələri səbəbindən ləğv ediləcəyi gözlənilir. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə havada uğurla mübarizə aparmaq üçün 120-130 döyüş təyyarəsinə ehtiyac var. İlk təyyarələrdən Rusiya mövqelərinə hücum məqsədilə deyil, raket və pilotsuz təyyarələri vurmaq üçün istifadə ediləcək.

Vasif
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar