Böyük Britaniyada yerləşən təhlükəsizlik şirkəti Ukrayna ordusunu robot itlərlə təmin edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, uzaqdan idarə olunan və infraqırmızı termal kameralarla təchiz edilmiş robot itlər dronların təyin edə bilmədiyi xəndəkləri və tikililəri tapır.
İngilis təhlükəsizlik şirkəti tərəfindən istehsal edilmiş və hərbi əməliyyatlar üçün dəyişdirilmiş robot it ayağa qalxa, tullana, qaça və əyilə bilir. Robot it yerə yaxın olduğu üçün diqqəti cəlb etmir. Termal görüntüləmə texnologiyası sayəsində düşmən əsgərlərini səngər və binaların içərisində görə bilir.
Bir neçə min dollara başa gələn bir "it" xeyli texniki rabitə sistemi və ən azı beş əsgəri əvəz edə bilir. O, mina və partlayıcı qurğuları asanlıqla tapa, həmçinin döyüş meydanında yeddi kiloqrama qədər güllə və dərman daşıya bilir. Robot it Rusiya qüvvələrinin əlinə keçərsə, fövqəladə rejimdə bütün məlumatları silir.
Vasif
BakuPost