Ru
20:08 / 11 Noyabr 2022

Ukraynaya 60 milyard dollar veriləcək? - BVF ilə danışıqlar başladı

3628
Beynəlxalq Valyuta Fondu (BVF) bu gün Ukrayna ilə siyasi müzakirələrə başladığını elan edib.


Bakupost.az xarici mətbuata istinadən bildirir ki, BVF danışıqların Kiyevin Rusiya ilə müharibənin iqtisadi nəticələri ilə üzləşməsi və ötən ay Vyanada keçirilən görüşlər fonunda aparıldığını açıqlayıb.



Ukrayna Mərkəzi Bankının rəhbəri Andrey Pışnı bildirib ki, cümə günü başlayan danışıqlar noyabrın 17-dək davam edəcək.


"Qevin Qreyin başçılıq etdiyi BVF missiyası ötən ay Avstriyanın paytaxtı Vyanada keçirilən görüşlərin nəticələrinə əsaslanaraq, Şuranın İştirakı ilə Proqram Monitorinqi tələblərini izləmək üçün bu gün Ukrayna hakimiyyət orqanları ilə siyasi müzakirələrə başlayıb. Missiya öz iclaslarını virtual olaraq keçirəcək", - BVF-nin açıqlamasında deyilir.


Xatırladaq ki, Zelenski Vyanada geniş hesabat təqdim edərək, ölkənin ən azı 60 milyard dollara ehtiyacı olduğunu və Ukraynanın Bərpa Fondunun yaradılmasını tələb edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər