Ru
11:25 / 24 Yanvar 2023

Urmiyada 25 nəfər casusluq ittihamı ilə həbs olundu

1128
İranda etiraz aksiyalarında iştirak edən azərbaycanlıların müxtəlif qondarma ittihamlarla həbsi davam etdirilir.

Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində son günlər 8-i qadın olmaqla 25 nəfər casusluq və sosial mediada gəncləri etiraza təhrik etmək ittihamı ilə saxlanılıb.

Məhbusların Vəziyyətinin Monitorinqi Komitəsinin məlumatına görə, "Urmiya Məhəllələrinin Gəncləri" adlı qrup üzvlərindən 16-na qarşı cinayət işi açılıb. Qeyd olunur ki, bir-birlərinə qarşı etiraf almaq üçün həmin şəxslərə işgəncə verilib.

Günaz TV-nin məlumatına görə isə həbs edilənlərin hamısı məktəblidir.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər