Ru
10:40 / 14 Yanvar 2022

Uşağı döyən müəllim öz qohumu imiş... - YENİLƏNİB

999
İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçinin körpəni vurması ilə bağlı bəzi detallar məlum olub.

Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2019-cu il təvəllüdlü uşağın ailəsi öz qohumları olan tərbiyəçi Zülfiyyə Baxışovadan şikayətçi olmayıb.

Z.Baxışova körpənin anasının xalasıdır. Döyülməyə məruz qalan uşağın anası İsmayıllı Rayon İcra Hakimiyyətində məsləhətçi işləyir. Atası isə rayon peşə məktəbində direktor müavinidir.

Videonu isə həmin bağçaya təcrübə keçmək üçün göndərilən Peşə Texnologiya Kollecinin ikinci kurs tələbəsi çəkib.

Tərbiyəçi Z.Baxışova izahatında bildirib ki, anası bir neçə dəfə uşağın yemək yemədiyini deyib. Buna görə də uşağın yemək yeyərkən videosunu çəkib valideyninə göndərmək istəyib. Tərbiyəçi həmin vaxt körpə sakit dayanmadığı üçün onu vurduğunu etiraf edib. Hadisənin təxminən 10 gün əvvəl baş verdiyini bildirib.

Z.Baxışova ifadəsində əməlini belə əsaslandırsa da, uşağ bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək olakən çəkilmiş fotoları kifayət qədərdir. Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərinin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.

Xatırladaq ki, bağçada göstəriş üçün şəkil çəkmək istəyən tərbiyəçi azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Lakin uşaq buna əməl etmədiyinə görə, o, azyaşlının başına zərbə endirib. Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır. Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.


***
10:25

Sosial şəbəkələrdə bağçada azyaşlının müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan videogörüntünün harada çəkildiyi məlum olub.

Bakupost.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisənin İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində yerləşən 1 saylı uşaq bağçasında baş verdiyi açıqlanıb.

Videoda azyaşlının başına qapaz vuran şəxsin bağçanın müəllimi Zülfiyyə Baxışova olduğu bildirilir. Məsələ ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları həmin bağçaya gedib, müəllimin izahatı alınıb.

Qeyd edək ki, uşağı döyən müəllim Zülfiyə Baxışovanın uşağın anasının xalası olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər