Ru
12:55 / 21 İyun 2022

“Üzən restoran” batdı - FOTO

1462
Dünən Çinin Honq-Konq bölgəsinin rəmzi olan “Üzən nəhəng restoran” (Jumbo Floating Restaurant) Cənubi Çin Dəhlizini su basması səbəbindən batıb.


Bakupost.az xəbər verir ki, dərinlik 1000 metr olduğu üçün gəmini xilas etmək mümkünsüz olub.


Restoranın bağlı olduğu “Aberdin restoran şəbəkələri” şirkəti tərəfindən verilən açıqlamada üzən restoranın illik baxım xərclərinin yüksək olduğu bildirilib.


Açıqlamada 2020-ci ildə COVID-19 səbəbindən restoran bağlansa da, texniki qulluqlarının zəruri olduğu və bu vəziyyətin restoran sahiblərini maddi cəhətdən sıxıntıya saldığı qeyd edilib.


Təxminən 80 metr uzunluğunda olan restoran 40 ildən çox müddət ərzində Kanton mətbəxinin yeməklərini təqdim edərək fəaliyyət göstərib.




Aynur
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər