Ru
15:41 / 15 İyul 2022

Vaqif Poeziya Günləri başa çatdı - FOTO

5426
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Yazıçılar İttifaqının təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatdı.

Bakupost.az xəbər verir ki, Vaqif Poeziya Günləri tanınmış şair Nigar Həsənzadənin “SÖZ” Ədəbi Birliyinin layihəsi olan “İgidlərin sözü “ ilə başlayıb. Layihənin iştirakçıları 44 günlük Vətən müharibəsində iştirak edən, eləcə də şer yazan qazilərdir. Vətən uğrunda döyüşən yazarlar - Oğuz Alparslan, Miri Abdullayev, Eyvaz Eyyub, Nicat Ağayev, Emin Piri, Tamerlan Əsədov, Kərəm Aydın, Tofiq Əhməd, Həsən Kür, Cavid Haşımov, Səbuhi Qurbanov Polla Hənah Vaqifin məqbərəsi önündə döyüşlərdə və döyüşdən sonra yazdıqları şeirləri səsləndiriblər.


Vaqif Poeziya Günləri çərçivəsində keçirilən kitab sərgisində “SÖZ” Ədəbi Birliyinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “İgidlərin sözü” kitabı da təqdim olunub. Kitabda 2016-ci ilin Aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində iştirak edən, şəhid və qazi olan döyüşçülərin şeirləri, esseləri, hekayələri toplanıb. Kitabın redaktoru araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürkdür.
Vaqif Poeziya Günləri başa çatdı - FOTO
Vaqif Poeziya Günləri başa çatdı - FOTO
Vaqif Poeziya Günləri başa çatdı - FOTO
Vaqif Poeziya Günləri başa çatdı - FOTO
Şərhlər
  • t.ədalət

    Cümhuriyyətimizi qurucusu böyük Məmməd Əmin Rəsulzadəyə hələ də heykəl qoymağa icazə verməyən(Novxanıdakı büstü xəlvətdə qalıb!) hakimiyyət,nədən rus casusu Vaqifə bu qədər sevdalıdır?Həmin rus ki,elə Şuşada minlərlə balamızı ermənilərlə birlikdə qətlə yetirib.Azərbaycanı Rusiyanın müstəmləkəsi kimi idarə edənlər bilməlidir ki,heç vaxt Rusiyanın tərkibinə daxil olmayacağıq.Yolumuz işığa doğrudur!Türkiyəyə doğrudur!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər