Ru
14:42 / 23 Yanvar 2023

"Vaqner" və Surovikin Putinin gözündən düşdü - Rusiya ordusunda xaos

1315
"Vaqner" özəl hərbi təşkilatının Ukraynanın Baxmut şəhərini ələ keçirmək üçün uğursuz cəhdləri ona gətirib çıxardı ki, onun yaradıcısı Yevgeni Priqojin nizami orduda islahatlara diqqət yetirmək qərarına gələn Rusiya Prezidenti Vladimir Putinin gözündə nüfuzunu itirdi.

Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun (ISW) hazırladığı analitik materialda bildirilir.

Qeyd olunur ki, Putin 2022-ci ildə uğursuzluqlar səbəbindən imici tamamilə korlanan Müdafiə Nazirliyinin reputasiyasını bərpa etməyə çalışır:

"Elan edilmiş səfərbərliyə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi və Baş Qərargah 2022-ci ilin payızı və qışın əvvəlində əhəmiyyətli bir nəticə əldə edə bilmədi. Putin Priqojin və Surovikinə bir tərəfdən səfərbər edilmiş məhbuslarla, digər tərəfdən Ukraynanın mülki infrastrukturunun amansızcasına bombalanması ilə nə edə biləcəklərini göstərmək üçün şansı verdi. Lakin hər iki plan uğursuzluğa düçar oldu: Priqojinin Baxmutu ələ keçirmək cəhdləri uğur qazanmadı. Surovikinin hava zərbələri kampaniyası isə bir tərəfdən mülki itkilərə səbəb oldu, digər tərəfdən isə Rusiya ordusunda olan yüksəkdəqiqlikli raketlərin böyük hissəsini puça çıxardı".

ISW analitiklərinin fikrincə, 2022-ci ilin qışında Putin yenidən hərbçilərlə işləməyə başladı:


"Yanvarın 11-də o, iki müavini ilə birlikdə Surovikini Gerasimova tabe etdirdi və onu Rusiyanın Ukraynadakı birləşmiş qoşun qruplaşmasının komandanı təyin etdi. Yanvarın 17-də isə Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə genişmiqyaslı struktur islahatlarına başlanıldığını açıqladı".

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər