Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:51 / 15 Oktyabr 2024

Vaqonda nasazlıq yarandı, qatarlar ləngidi

1687
Bakı metrosunun "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 May" stansiyasındaikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.

Bu barədə Bakupost.az -a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb. Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar