Ru
20:32 / 04 Oktyabr 2022

Vardanyan Azərbaycana qarşı hansı təxribatlara əl atacaq? - "Moskvanın planı budur ki..."

2301

"Gözlənildiyi kimi, erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyan Qarabağa köçdükdən sonra addım-addım irəliləməyə çalışır. Belə adamlar işsiz qalmırlar".



Bakupost.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.



O, Qarabağ separatçılarının lideri Araik Arutunyanın Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif etməsini diqqətə çatıdırb:



"Bu separatçılar arasında ikinci “vəzifə” mahiyyəti daşıyır. Araik Arutunyan İkinci Qarabağ müharibəsindən sonra kənarlaşmaq istəyini tədricən həyata keçirməyə çalışır. Onun imkanı olsa, Qarabağı da tərk edər. Böyük ehtimalla Araik Arutunyanın yerini Ruben Vardanyan tutacaq. Bu Moskvanın planıdır. Onu əvvəlcə Qarabağda separatçılarının başına, hər şey plan üzrə gedərsə, Ermənistanda baş nazir Nikol Paşinyanın əsas rəqibinə çevirməyə çalışacaqlar. Moskva vaxtilə separatçıların ilk lideri Robert Köçəryanı da Xankəndidən İrəvana istiqamətləndirmiş, birinci prezident Levon Ter-Petrosyanı devirərək Ermənistanın başına gətirmişdi".


Politoloq Vardanyanın təxribatlarına qarşı Azərbaycanın dərhal atmalı olduğu addımları da açıqlayıb:



"Ruben Vardanyan bizə Qarabağı tam nəzarətə götürməyə mane ola bilərmi? O, Kremlin təlimatı əsasında fəaliyyət göstərəcəksə, problemlərlə üzləşə bilərik. Misal üçün Vardanyan Kremlin təlimatıyla Qarabağ ermənilərinin Rusiya pasportları ilə təmin olunması siyasətinə başlaya bilər. Vardanyan dünyadakı ermənipərəst dairələrin Qarabağın işğal altındakı ərazilərinə yatırım qoymağa çağıracaq. Onun Qarabağa köçdükdən dərhal sonra Fransaya səfəri də məhz bununla bağlı idi. Nə qədər ki, Vardanyan Azərbaycana qarşı təxribatların miqyasını artırmağa macal tapmayıb 1) Qarabağ separatçılarını tərksilah etməliyik; 2) Qarabağın tamamında Azərbaycan qanunlarının icrasını təmin etməliyik; 3) Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməliyik".




Şərhlər
  • t.ədalət

    Biz Vardanyana icazəsiz Qarabağa gəldiyinə görə xəbərdarlıq edib cinayət işi açmalıyıq.Nəticə kötüyə gedərsə ,onu terrorçu elan edib öldürməliyik.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər