Ru
16:25 / 23 Noyabr 2022

Vardanyan "nazirləri” işdən qovdu - Oskanyana isə vəzifə verir

1877
Kremlin himayə etdiyi rusiyalı erməni milyarder Ruben Vardanyan Qarabağdakı separatçıların yeni "hökuməti"ni qurmağa başlayıb.

Bakupost.az erməni Teleqram kanallarına istinadən xəbər verir ki, noyabrın 4-də separatçıların "dövlət naziri" təyin olunan Ruben Vardanyan bu gün separatçı qurumun 11 "nazir"indən 9-nu vəzifədən kənarlaşdırıb.

"Ruben Vardanyan açıq-aydın öz komandasını formalaşdırmağa hazırlaşır", - deyə məlumatda bildirilir.

Vardanyan yeni "hökumət"də Putinin erməni emissarlarına geniş yer verəcəyi gözlənilir. Artıq bunun ilk işartıları görünməkdədir. Belə ki, Mediahub erməni Teleqram kanalının məlumatına görə, separatçıların yeni "rəhbər"i köhnə nazirləri qovduqdan sonra separatçı qurumun "xarici işlər naziri" postuna Vardan Oskanyanı gətirmək niyyətindədir. Xatırladaq ki, Vardan Oskanyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın dövründə - 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri vəzifəsində çalışıb. Köçəryan hazırda Ermənistan parlamentində rusiyayönlü "Hayastan" blokuna rəhbərlik edir və erməni siyasətçilər arasında Putinə ən yaxın şəxs sayılır.

Zaur
BakuPost
Şərhlər
  • t.ədalət

    Vardanyan-Donuzyan Qarabağda dövlət qurur,nazirlik yaradır,biz də yeriumizdə oturub tamaşa edirik.Putin bizimlə açıq surətdə müharibə aparır.Biz düqşmənin kimliyini,yəni Putini dünyaya tanıtmalıyılq.İndiyə kimi Putinin planı ilə rus hərbiçilərinin öldürdüyü şəhidlərin haqqını,bəs,nə vaxt tələb edəcəyik?Azərbaycandakı rus kəşfiyyatına qucaq açmaq yetməzmi?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər