Ru
16:31 / 19 Sentyabr 2022

"Vaşinqton Ermənistanın tərəfində deyil" - Rus politoloq

1157

Rusiyalı ekspert Sergey Markedonov ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini şərh edib.

Bakupost.az xəbər verir ki, o, Feysbuk hesabında A Pelosinin səfəri haqqında beş tezis irəli sürüb. Politoloq bəzi teleqram kanallarında yayımlanan “Vaşinqton nəhayət ki, Ermənistanı dəstəklədi” fikrinin yanlış olduğunu deyib: “Bu, belə deyil və tezliklə gedişat qənaətimin doğru olduğunu göstərəcək".

Markedonov irəli sürdüyü tezislər bunlardan ibarətdir:

1. ABŞ Türkiyə ilə (NATO üzvü, blokda ABŞ-dan sonra ikinci hərbi qüvvə) əməkdaşlıqdan imtina etməyəcək.
2. ABŞ xüsusən də strateji müttəfiqi Aİ-də enerji problemləri fonunda Azərbaycan və Ermənistan arasında seçim etməyəcək. Və təbii ki, Bakının ən mühüm tərəfdaşı olan İsraildən əl çəkməyəcək. İranı cilovlamaq, Türkiyəni “geosiyasi ekzotizm”dən saxlamaq və Rusiyanı Qafqazdan sıxışdırmaq onların üç əsas məqsədidir. Əsas açar vəzifə isə Moskva, Ankara və Tehranın Avrasiya İttifaqına mane olmaqdan ibarətdir.
3. Ermənistan tez bir zamanda NATO-ya qəbul edilməyəcək, hətta Gürcüstan və Ukraynanın hələ orada MAP-ı yoxdur, onlar da Rusiyanın yerinə sülhməramlılar göndərməyəcəklər.
4. Aleksandropiya-1920-ci ildən bəri Rusiya-Ermənistan münasibətlərində Moskvanın kifayət qədər səy göstərməməsi və bu qəbildən olan digər arqumentlər mövzusu vaxtaşırı gündəmə gətirilir. Və demək olmaz ki, Rusiyanı tənqid edənlər həmişə və birmənalı olaraq yanılırlar. Qərb bundan yaxşısını təklif etmir və etməyəcək də. Qarabağın qayıdışı, Bakıya və ya Ankaraya qarşı “səlib yürüşü” olmayacaq! Nöqtə və beş nida!
5. Sonuncu, lakin ən vacib tezis. Moskvanın bugünkü mövqeləri daha aydın olsaydı, bütün bu yüksək gözləntilərlə “Amerikanofiliya” partlayışlarının qarşısını almaq olardı. Heç olmasa rəsmi olaraq. "Yanlış Paşinyanı" günahlandırmağı dayandırın. Onunla yanaşı, bizim regionda maraqlarımız var və onlar haqqında danışmaq lazımdır. Bəli, biz sırf erməni maraqlarının operatoru ola bilmərik".


Politoloq qeyd edib ki, Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərdə qazandıqları və itirdikləri var:


"Amma Bakı və Ankaranın Rusiyanın vasitəşiliyinə baxmayaraq, güzəştə getmədən İrəvan üzərində dağıdıcı hesabla qalib gəlməsi bura daxil deyil. aşinyan nə qədər pis və zəif iradəli olsa da. Ona və ümumiyyətlə, erməni siyasətçilərinə çox suallar var. Amma indi söhbət onlardan deyil, bizdən gedir. 2020-ci ilin noyabrında İrəvan təslim ola bilərdi və bunu etməli idi. Amma bu gün susqunluğumuzla Ermənistanı itirmək (axı, hətta 2022-ci ilin sentyabrında silahlı eskalasiyanın dayandırılmasında Moskvanın real vasitəçiliyi media sferasında önə çəkilmir) şübhəsiz ki, pis ssenaridir. Yüzüncü dəfə təkrar edirəm. Böhran vəziyyətinə cavab vermək maçoluqla sinonim deyil. Amma bu, olmalıdır və mənalı sükutla əvəzlənməməlidir”.


Günel
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • t.ədalət

    Vaşinqton,əslində heç kimin tərəfində deyil.Onun məqsədi vəhşi və işğalçı Rusiyanı dağıtmaqdır.Kənardan bir seyrçi kimi kimin Rusiyaya yaxın,kiminsə aralı olduğunu izləyir.Rusiyaya yaxın olanların məhv edilməsi planlarını qurur.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər