Ru
13:01 / 18 Noyabr 2022

Vertolyot qəzası anbaan görüntüləndi: 5 ölü - VİDEO

1897
Meksikada baş verən vertolyot qəzasında Aquaskalientes əyalətinin Təhlükəsizlik naziri Porfirio Sançez də daxil olmaqla 5 nəfər dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, vertolyot havaya qalxdıqdan bir neçə dəqiqə sonra ştatın Jesus Mariya şəhərində yol kənarındakı boş sahəyə çırpılıb.

Sosial mediada əks olunan videolarda Vertolyot qəzaya uğradıqdan dərhal sonra alovlandığı görünür.

Ştat qubernatoru Teresa Jimenez bildirib ki, qəzanın səbəbi qrupunun araşdırmaları nəticəsində aydınlaşdırılacaq.

Vertolyot qəzaya uğraması ilə bağlı Mülki Aviasiya Agentliyi ilə yanaşı, dövlət prokurorluğu da genişmiqyaslı araşdırmalara başlayıb.

Aynur,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər