Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov
Bakupost.az -a bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 21 yaşlı, Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
09:17
***
Gəncədə avtomobillə piyadanı vurub öldürən polis əməkdaşı imiş.
Bakupost.az "Unikal"a istinadla bildirir ki, Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər Dəmir yolu Xətt Polis Şöbəsinin əməkdaşı Xəyal Yolçuyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman 2002-ci il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.