Ru
12:02 / 24 İyun 2022

Vətən müharibəsi veteranı ağır qəzaya düşdü - FOTO

1149
İsmayıllı rayonunda Vətən müharibəsi veteranı qəzaya düşüb.


Bakupost.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.


Belə ki, VAZ-2107 markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü 2000-ci il təvəllüdlü Oruc Nazim oğlu Məlikov ağır bədən xəsarətləri alıb. Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyətinin ağır olması və xəstəxanada lazimi tibbi avadanlıqların olmaması səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada əməliyyat olub. Hazırda reanimasiyadadır. Vəziyyət stabildir.


Qeyd edək ki, Oruc Məlikov Prezident İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunamasına görə" medalı ilə təltif edilib.
Vətən müharibəsi veteranı ağır qəzaya düşdü -  FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər