Ru
10:00 / 22 Noyabr 2022

“Veysəloğlu" istehlakçıların hüquqlarını pozdu - Məhkəmə

1717
“Veysəloğlu" MMC barəsində cərimə protokolu yazılıb.



Bakupost.az Pravda.az-a istinadla bildirir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.



Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.



İddia hakim Nəriman Mehdiyev sədrliyi ilə araşdırılacaq.



Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 1-nə təyin edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər