Ru
19:10 / 02 Avqust 2022

Vilayət Eyvazov sabiq səfirin qardaşına yeni vəzifə verdi

1124
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq səfirin qardaşına yeni vəzifə verib.


Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Nəsimi Məzi oğlu Şikarov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsindən geri çağrılıb.


Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsində idarə rəisi müavini vəzifəsinə təyin edilib.


Qeyd edək ki, Nəsimi Şikarov məşhur diplomat, Azərbaycanın BƏƏ, Pakistan və Əfqanıstandakı keçmiş səfiri Daşqın Şikarovun qardaşıdır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər