Ru
15:46 / 15 Avqust 2024

Vüqar Bayramovun seçicilərlə görüşləri davam edir - FOTO

Vüqar Bayramovun seçicilərlə görüşləri davam edir -  FOTO
Eye

84 saylı Füzuli Seçki Dairəsindən namizədliyini irəli sürən Vüqar Bayramovun məhsuldar seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir.


Bakupost.az xəbər verir ki, budəfəki görüş Bala Bəhmənli kənd sakinləri ilə olub.




Sakinlər Vüqar Byramovu coşğu ilə qarşıladılar. Görüşdə çıxış edən kənd ziyallısı Malik Novruzov namizəd ilə bağlı fikirlərini bölüşdü. O Vüqar Bayramovun VI Çağrış müddətində seçiciləri ilə sıx ünsiyyət qurmasın diqqət çəkərək kənd sakinlərini seçkidə fəal iştiraka dəvət etdi.


Vüqar Bayramov çıxış edərək yeni dövrünü yeni hədəflərinə uyğun olaraq hər birimizin cəmiyyətimizin daha da inkişaf etməsinə fəal töhvəsinin artırılmasına çalışmasının vacibliyini bildirdi. Ötən müddətdə Füzuli rayonunda və ərazidən kənarda 131 görüş keçirdiyini bildirərək əlavə edib ki, bu müddət ərzində ünvanına 4898 müraciət daxil olmuşdur. Bunlardan 2171 müraciət Milli Məclis aparatına, 2727 müraciət isə telefon və sosial şəbəkələr də daxil olmaqla yazılı və şifahi şəkildə ünvanlanmışdır. Müraciətlər əsasında seçicilərin qayğılarının həll olunması üçün müxtəlif dövlət qurumlarına 2034 deputat sorğusu göndərilib. Platformada qeyd olunanlara uyğun olaraq seçicilər ilə birbaşa ünsiyyət qorunub saxlanılacaq.




Vüqar Bayramov seçiciləri sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştiraka dəvət edərək layiqli namizədə səs verməyə çağırdı.


Daha sonra çıxış edən kənd sakinləri namizədə dəstəyini nümayiş etdirərək öz fikir və təkliflərini təqdim etdilər.

Sakinlərin qeyd etdiyi hər bir məsələ üzrə izahatlar verildi və mütəmadi görüşlərin təşkilinə görə seçicilər tərəfindən minnətdarlıq bildirildi.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar