Ru
13:41 / 06 Dekabr 2021

Vüqar Dadaşovun “Bizim tarix” kitabı çap olundu - FOTO

4870
Vüqar Dadaşovun “BİZİM TARİX” adlı növbəti kitabı çap olunub.

Bakupost.az xəbər verir ki, tarixi, milli-ideoloji, elmi-fəlsəfi, siyasi mövzuda yazılmış bu kitabda müəllif Azərbaycan xalqının, türk etnosunun problemləri, problemlərdən qurtuluş yolları, həyat mübarizəsi, haqq savaşı barədə, həmçinin digər vacib məsələlər haqqında etibarlı mənbə və məxəzlərə əsaslanaraq habelə şəxsi mülahizələrini də qeyd etməklə dolğun şəkildə fikirlərini təqdim edib.

Həmçinin əsərdə qalib Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində nümunəvi birliyi, yüksək döyüş ruhu, qəhrəmanlığı, əzmkarlığı, dostu və düşmənləri, müharibədə gizli tərəflər və gizlinlər haqqında mötəbər mənbələrə əsaslanan məlumatlar əksini tapıb.

Kitab yeni nəslin maariflənməsində, tədrisində və vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi əhəmiyyət kəsb etməsi baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər