Ru
21:28 / 24 Dekabr 2021

"WhatsApp"da yeni funksiya

941
Vatsap istifadəçilərə mesaj göndərməzdən əvvəl faylları idarə etmək üçün yeni seçimlər verəcək.

Bakupost.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Messencer şəkil, video və ya GIF animasiyası olan mesajın göndərildiyi şəxsləri seçmək və ya statusa məzmun dərc etmək imkanı verəcək. Hazırda bu, yalnız "Kamera" bölməsindən fayl göndərildikdə mümkündür.

Yeni funksiya ilə birlikdə vatsapda media məzmununun seçilməsi üçün xüsusi düymə görünəcək.

Bu funksiya hazırda yalnız Android üçün vatsapın beta versiyasında mövcuddur.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər