Ru
19:03 / 11 Yanvar 2022

"WhatsApp"da yeni funksiya

611
Vatsapda yeni funksiya yaradılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Belə ki, sosial şəbəkə səsli mesajlara qulaq asmağı daha rahat edib – indi onlara yazışmaların içərisində olmadan da qulaq asmaq mümkündür.

Yeni söhbət və ya əsas ekranına keçdiyiniz zaman səsli mesaj proqramın yuxarı hissəsində görünür. İstifadəçilər, həmçinin oxutmanı dayandırmaq və başlamaq üçün düymələrə çıxış əldə edə bilərlər.

Arxa fonda dinləmə səsin oxunmasını dayandırmadan başqa söhbətlərə keçməyə imkan verir. Hələlik yenilik "Android"in beta versiyasında aktivdir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər