Ru
16:03 / 19 İyul 2024

“Windows” əməliyyat sistemini yeniləməyin”

“Windows” əməliyyat sistemini yeniləməyin”
3436

Dünya üzrə “Microsoft Windows” əməliyyat sistemi ilə çalışan avadanlıqlarda “Mavi Ekran Xətası” (BSOD – Blue Screen Of Death) müşahidə olunur.

Bakupost.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilib ki, bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan “CrowdStrike” şirkətinin “Falcon Sensor” proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib.

Belə ki, “Windows” sistemində baş verən çökmə dünya üzrə müxtəlif sektorlarda xidmətlərin dayanmasına səbəb olub.

Hazırda “Microsoft” şirkətinin çətinliklə bağlı rəsmi bəyanatı olmadan “Windows” əməliyyat sisteminin yenilənməsinin dayandırılması tövsiyə olunur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar