Ru
12:38 / 03 Sentyabr 2022

Xalq artisti Göyçaydakı qalmaqaldan danışdı: "Bu məni məyus edir”

32850
“Peşəkarları uzaqlaşdırılıb yerinə qeyri-peşəkarların gətirilməsi məni çox məyus edir”.



Bunu Xalq artisti, professor Möhlət Müslümov ötən gün Arif Məmmədov adına Göyçay Şəhər Uşaq Musiqi Məktəbində baş verən dirkektor qalmaqalı ilə bağlı verdiyi açıqlamasında deyib.


Xalq artisti vəzifəsindən azad olunan tanınmış tarzən Rövşən Zamanova qarşı haqsızlıq olunduğunu dilə gətirib:


“Mən R. Zamanovu uzun illərdir tanıyıram. Biz onunla tələbə yoldaşı olmuşuq. O, sözün əsl mənasında böyük ziyalıdır, savadına həmişə həsəd aparmışam. Belə bir ziyalının, savadlı kadrın vəzifəsindən azad edilərək, yerinə kollec məzununun gətirilməsi xəbərini eşidəndə həqiqətən də çox məyus oldum. Ona görə yox ki, o mənim dostumdur. Mən bunu sizə bir Xalq artisti, peşəkar musiqiçi, professor kimi deyirəm. Dəfələrlə olub məni bölgələrə münsif olaraq göndəriblər. Gedib gördüyüm mənzərələri ürək ağrısı ilə qarşılayırdım.

Musiqi məktəbində müəllim işləyən tarzənlər var ki, tarı kökləyə bilmir. Belə faktlar çoxdur. R. Zamanovun idarəçiliyi dövründə həmin məktəbdə savadlı musiqiçilərdən ibarət kollektiv formalaşıb. İndi peşəkarları uzaqlaşdırılıb, yerinə qeyri-peşəkarların gətirilməsi məni çox məyus edir. Bunu ürək ağrısı ilə qarşılayıram. Azərbaycan musiqisinin günü-gündən inkişaf ertdiyi, Birinci xanım Mehriban Əliyevanın incəsənətə xüsusi qayğı göstərdiyi bir məqamda, bu cür mənfi halların baş verməsi xoşagəlməzdir. Yaş məsələsinə gəlincə, əgər bu adam öz işinin öhdəsindən hələ də layiqincə gələ bilirsə, idarə etdiyi məktəbin inkişafını axsatmırsa, səhhətində ciddi problemi yoxdursa, onun idarəçilikdən kənarlaşdırılması absurddur. Bu şəxsən mənə çox pis təsir edir. Mən R. Zamanovun peşəkarlığına, savadına əmin olmasam inanın qardaşım, oğlum olsa belə bu cür ürək ağrısı ilə qarşılamaram. R. Zamanova qarşı haqsızlıq edilir. Çox heyf”.




Günel
BakuPost


Həmçinin oxuyun:







Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Deputata

    Ay "millət vəkili" bəs qeyri peşəkarları nazir.İcra başçısı. təyin edəndə niyə səsin çıxmır.Hansı nazir öz ixtisası və iş təcrübəsinə əsasən təyin edilib? Kənd Təssğrrüfatı,İqtisadiyyat,ƏƏSMN,İİcra başçıları,Komitə sədrləri və bu kimi vəzifəyə təyinatlarda səsiniz eşidilmir.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər