Ru
12:51 / 10 İyun 2022

Xanəndə Ehtiram Hüseynov Laçında - VİDEO

2529
Dağlar qoynundakı Ərikli, Qurdqajı, Hacısamlı kəndləri... İşğaldan azad edilmiş Laçın rayonunun füsunkar guşələri...



Bakupost.az xəbər verir ki, tanınmış xanəndə, əməkdar artist Ehtiram Hüseynov ermənilərin viran qoyduğu doğma yurdun ziyarətinə gəlib. Uca dağlar başında özünəməxsus şirin, məlahətli səslə sanki o yerlərin öz sakinlərindən incikliyini ifadə edir: “Küsdürmüsən ey, gəl, könlümü al, yarım...” Yox, daha küskünlük yoxdur! Ali Baş Komandanın siyasəti, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində düşməndən döyüşsüz geri alınan Laçına qayıtmağımıza çox az qalıb...



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin muğam ustasının otuz ildən sonra doğma yurdla görüşünə həsr etdiyi videoçarxı təqdim edirik.





Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər