Ru
23:35 / 04 Avqust 2022

Xankəndidə masaya Azərbaycan bayrağı qoyuldu, Ermənistan bayrağı isə... - FOTO

3225
Rusiya sülhməramlı qüvvələrinin komandanı, general Andrey Volkov Xankəndi şəhərində erməni ictimaiyyətinin nümayəndələri ilə görüşüb.


Bakupost.az xəbər verir ki, görüş zamanı Volkov Qarabağda yaranmış vəziyyətlə bağlı sülhməramlı qüvvələrin mövqeyini izah edib. General gərginliyin aradan qaldırılması üçün fəaliyyət göstərdiklərini bildirib.


Qeyd edək ki, görüşün keçirildiyi məkanda stolun üstünə Azərbaycan, Rusiya və Ermənistanın dövlət bayraqları qoyulub.


Onu da qeyd edək ki, Ermənistanın bayrağı tərsinə qoyulub. Bayrağın tərsinə qoyulması sosial şəbəkələrdə ermənilərin müzakirəsinə səbəb olub./Modern.az


Xankəndidə masaya Azərbaycan bayrağı qoyuldu, Ermənistan bayrağı isə... - FOTO
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər