Ru
15:25 / 23 Yanvar 2023

Xanlar Vəliyevin 7 işçisi məsuliyyətə cəlb olundu

2345
2022-ci ildə 7 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Belə ki, kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycanın qanununda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilib.

Qeyd edilib ki, Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib.
Şərhlər
  • Fuad

    Bəs Niyə cəlb olunmur?Axı işçi başda duranın göstərişini yerinə yetirib !

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər