Ru
16:02 / 24 Yanvar 2023

XİN-də Azərbaycan dilini bilən yoxdur - Deputat

1596
"Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur".

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçiriən iclasında “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi zaman deputat Nizami Cəfərov deyib.


O bildirib ki, qeyri-maddi sözü kənardan gəlir, bunun izahını vermək lazımdır:

“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, ancaq nazirlikdə Azərbaycan dilini bilən yoxdur. Bilən də yaddan çıxarıb”, - deyə deputat əlavə edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər