Ru
08:55 / 01 Fevral 2023

Xərçəng 2 səbəbdən yaranır: təsadüfi və... – Onkoloq

3209
Xərçəngin yaranmasının əsas 2 səbəbi var: irsən və təsadüfi, sonradan yaranma.

Bakupost.az xəbər verir ki, onkoloq Dmitriy Korobkov iki tip xərçəngin fərqini izah edib.

“Bir çox irsi xərçənglər erkən uşaq və yeniyetmə yaşında artıq özünü biruzə verir, 40 yaşa kimi gözləmir.
Amma onkoloji xəstəliyin 100% irsi olması doğru deyil.

Dunyada sporadik – yəni təsadüfi xərçənglər daha çoxdur.

“Əgər xəstədə 40 yaşa qədər, xüsusən 15-20 yaşlarda onkoloji proses aşkarlanıbsa, o zaman nəsildə, qohumlar arasında oxşar diaqnozu araşdırmaq və genetiklə məsləhətləşmək lazımdır. Bu müalicə üçün vacibdir. Çünki irsi xərçəng xəstəliklərinin müalicəsində fərqli dərmanlar olur.

Sonradan, təsadüfi yaranmış şişlərdə isə insanın həyat tərzi, qidalanması rol oynayır.

Fiziki aktivlik, gigiyena, sağlam qidalanma, stresdən uzaq olmaq riski azaldır.

Xərçəng heç müalicə olunmur sözü mifdir. Erkən aşkar olunduqda çox yaxşı əməliyyat və müalicə olunur, amma xəstə ilk 5 ildə kritik dönəmdə hesab olunur”.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər