Ru
09:06 / 01 İyul 2022

Xərçəng şişləri insan yuxuda olanda yayılır – Alimlər

1585
İsveçrə alimlərinin yeni elmi araşdırmasının nəticələri onkoloqları təəccübləndirib.


Bakupost.az xəbər verir ki, alimlərin qənaətinə görə şiş gecələr aktivləşir, oyanır və şiş hüceyrələrini bütün orqanizmə göndərir.


Onlar laboratoriya siçanları və 30 süd vəzi xərçəngi üzərində tədqiqat aparıb.


Müşahidələr göstərib ki, orqanizm yuxuda olanda xərçəng şişi daha çox hüceyrələr buraxır, hüceyrələr qan və limfa sistemi ilə gedib metastazlar yaradır. Bu da digər orqanlarda şişə səbəb olur.


Ana şişi tərk edən hüceyrələr gecələr 2 dəfə çox bölünür və gündüzə nisbətən daha aktiv olur.


Alimlərin fikrincə bu proses hormonların sayəsində olur, melatonin, testosteron və qlükokortikosteroidlər aktiv iştirak edir.


Ona görə də biopsiyanın nəticələri də sutkanın hansı saatında götürülməsindən asılıdır. Gündüz götürülən nümunədə bəd hüceyrələr daha az görülür, nəinki gecələr.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər