Ru
20:03 / 12 Avqust 2022

Xəzərdə bir gündə 4 nəfər batdı

1619
Xəzər dənizində bir gündə 4 nəfər batıb.



Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.



Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.



Daha sonra Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə də məlumat daxil olub. Oraya da dalğıc-axtarış qrupu göndərilib.



Əlavə məlumat veriləcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər