Xəzər dənizinin sahilindən tonlarla qum daşınır.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına ərazidə yaşayan sakinlər müraciət ediblər.
Bildirilib ki, dənizin Qobustan sahillərindən hər gün tonlarla qum daşınır.
Nəticədə çimərlik bərbad hala düşür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, məsələ barədə artıq araşdırma aparılır.